“Çelsi” futbolçusunu “Zenit”ə satdı

Serbiyalı müdafiəçi Branislav İvanoviç “Çelsi”dən Rusiyanın “Zenit” klubuna keçib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Daha əvvəl məlum olmuşdu ki, serbiyalının yeni klubunda məvacibi ildə 3,2 milyon avro təşkil edəcək. B.İvanoviç 2008-ci ildən “Çelsi”dən çıxış edir. O, klubla iki dəfə ölkə çempionatını, üç dəfə ölkə kubokunu, bir dəfə isə ölkə superkubokunu qazanıb. Bundan başqa, Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. B. İvanoviç 2006-2008-ci illərdə Rusiyanın “Lokomotiv” klubunda top qovub.

DİGƏR XƏBƏRLƏR

Top