Azərbaycanda iki telekanalın vergi borcu var

Azərbaycanda qeydiyyatda olan televiziya kanallarından 2-nin hazırda dövlətə ümumilikdə 55,3 min manat vergi borcu var. Vergilər Nazirliyinin məlumatına görə, bu, "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC və "Xəzər TV" MMC-dir. “Space”in dövlət büdcəsinə olan bergi borcu 47 346 manat təşkil etdiyi halda, “Xəzər TV”-də bu rəqəm 7 972 manatdır. Qeyd edək ki, dövlət büdcəsinə ödəniləcək vergilər üzrə hesabat müddəti yanvarın 23-də bitib.Report

DİGƏR XƏBƏRLƏR

Top