Lavrov Azərbaycana səfərə gəlir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, tədbirdə AQEM-in gələcək inkişafı məsələləri, o cümlədən təşkilatın Avrasiya məkanında müxtəlif platformalar arasında əməkdaşlığın ümumi sisteminə inteqrasiyası müzakirə olunacaq.
Bildirilib ki, AQEM-in gündəliyinə daxil olan praktiki əməkdaşlıq istiqamətləri də geniş şəkildə nəzərdən keçiriləcək. Bu istiqamətlərə Rusiyanın məsul olduğu kiçik və orta sahibkarlığın inkişafına dəstək və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri də daxildir:
“Sammit iştirakçıları, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Sammitdə qəbul ediləcəyi gözlənilən qərarlardan biri də Laosun müşavirəyə tamhüquqlu üzv kimi qoşulması olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top