“Ermənistanla Azərbaycan arasında anklav və ya eksklav olmamalıdır”


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial mediada canlı yayım zamanı bildirib.
Paşinyanın sözlərinə görə, sülh müqaviləsinə əsasən, Ermənistanın ərazisi 29 743 kvadrat kilometr olmalıdır:
“Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır və Ermənistan və Azərbaycan müqayisə edilə bilən ölçüdə ərazilər mübadiləsi aparmalıdır”.
Paşinyan qeyd edib ki, həm TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi çərçivəsində, həm də ondan kənarda bütün yollar və kommunikasiya marşrutları açıq olmalıdır.
O, həmçinin Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir iddia irəli sürməməli və bütün məsələlərdə bir-birini tək qoymamalı olduğunu vurğulayıb:
“Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqinə əsaslanan heç bir iddia olmamalıdır”.
Ermənistan baş nazirinin sözlərinə görə, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslarından sonra , məhz bu şərtlərlə iki ölkə arasında sülhün bərqərar olması mümkün ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top