
Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi “KVENTS 85” MMC (VÖEN – 1310108281) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, “KVENTS 85” MMC Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə dəftərxana və təsərrüfat malları satacaq.
Qeyd edək ki, Mərkəzin tender müsabiqəsi keçirmədən müqavilə imzaladığı “KVENTS 85” MMC təxminən ay yarım əvvəl – 25.08.2026-cı il tarixində vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 21-də yerləşir. Qanuni təmsilçisi isə Məmmədov Ələkbər Təvəkgül oğludur.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçılara dair tələblər yer alıb. Həmin maddənin 23.4.1-ci bəndində açıq şəkildə qeyd olunur ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlıq və təcrübə olmalıdır. Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəsi, hətta sosial şəbəkə hesabı belə olmayan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu aydın deyil.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz