
Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
74 yaşlı Birinci Qarabağ müharibəsi iştirakçısının paytaxt Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.
Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz