Xarici hakerlər Azərbaycanın dövlət qurumlarının saytlarına hücum ediblər


13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib:
“Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top