“Qalatasaray” “Barselona”ya belə uduzdu – Video


UEFA Çempionlar Liqasının liqa mərhələsində ikinci turun oyunlarına start verilib.
Yeniavaz.com
xəbər verir ki, bu mərhələdə İspaniya çempionu “Barselona” İstanbulda Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb və rəqibini 1:4 hesabı ilə məğlub edib.
İngiltərə çempionu “Arsenal” isə evdə Fransa təmsilçisi “Lill” üzərində 3-0 hesablı qələbə qazanıb.
İtaliya çempionu “İnter” doğma meydanında Belçikanın “Brügge” klubuna 3:4 hesabı ilə uduzub.
Almaniya çempionu “Bayern Münhen” isə Norveçdə “Vikinq”lə qarşılaşıb və 3:3 hesablı heç-heçə ilə kifayətlənib.
Çempionlar Liqasının ikinci turunda ötən gün baş tutan görüşlərin nəticələri belə olub:
“Sabah” – “Slaviya”: 2:0;
“Lens” – “Sportinq”: 0:2;
“Vikinq” – “Bavariya”: 3:3;
“Qalatasaray” – “Barselona”: 1:4;
“İnter” – “Klub Brügge” 3:4;
“Arsenal” – “Lill”: 3:0;
“Atletiko Madrid” – “Mançester Yunayted”: 2:0;
“Vilyarreal” – “Napoli”: 3:1;
“RB Leypsiq” – “PSV Eyndhoven”: 1:0.

DİGƏR XƏBƏRLƏR

Top