Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı


Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb Britaniya rəsmilərinin “RAF Fairford” (Royal Air Force Fairford) aviabazası ətrafında baş verən hadisə ilə bağlı İranın ittiham olunmasıdır.
İran XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Britaniyanın ittihamlarını əsassız adlandırıb.
O, Londonun irəli sürdüyü iddialarla bağlı sənəd və sübutları ən qısa bir vaxtda təqdim etməli olduğunu bildirib.
Əlirza Yusifi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən nəzərdən keçirəcək.
Həmçinin, İrana qarşı məsuliyyətsiz yanaşmaya dair İranın kəskin etirazı səfirə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top