Finlandiyada Brejnevin qonaq olduğu ada satışa çıxarıldı


Finlandiyanın cənub-qərbində yerləşən Kekkonen adası 4,8 milyon avroya (9,1 milyon manatdan çox) satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Finlandiyanın “Talouselämä” nəşri məlumat yayıb.
Məlumata görə, ada, Finlandiyanın keçmiş prezidenti Urho Kekkonenin təşəbbüsü ilə onu əldə edən Finlandiyanın “Nesté” neft emalı şirkətinə məxsus olub.
Ada dövlət başçısının iş iqamətgahı kimi istifadə olunub. Daha sonra “Fortum” enerji şirkəti tərəfindən satın alınıb.
25 hektarlıq ada ölkənin cənub-qərbindəki Arxipelaq dənizində yerləşir. Burada villa və qonaq evləri kompleksi var.
Nəşrin məlumatına görə, Sov.İKP MK-nın keçmiş baş katibi Leonid Brejnev Finlandiyaya səfəri zamanı bu adada qonaq olub.

DİGƏR XƏBƏRLƏR

Top