
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Vaşinqton İran rəhbərliyinə qarşı hərəkətlərində həddindən artıq irəli gedib.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, o, bu barədə Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Onların (İran xalqının – red.) hətta lideri də yoxdur. Bu, problemdir. Bəlkə də, bu liderlərlə bağlı həddindən artıq irəli getmişik, çünki artıq kiminlə iş gördüyümüzü bilmirik”, - Amerika Prezidenti qeyd edib.
Onun sözlərinə görə, İranda heç kim president olmaq istəmir.
Qeyd edək ki, bu ilin fevral ayında İrana qarşı başlayan ABŞ-İsrail hərbi münaqişəsi İranın siyasi və hərbi rəhbərliyinin bir neçə yüksək vəzifəli üzvünün ölümü ilə nəticələnib. Onların arasında Ali Rəhbər Əli Xamenei, müdafiə naziri Əziz Nəsirzadə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur, Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani və başqaları var.
“CBS News” telekanalının mart ayında verdiyi məlumata görə, ABŞ hakimiyyəti İran ərazisinə endirilən zərbələr nəticəsində İran rəhbərliyinin təxminən 40 üzvünün öldürüldüyünə inanır.
Tətbiqimizi yükləyə bilərsiniz