
Papa XIV Leo ağciyər düyününün çıxarılması ilə əlaqədar əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məıumat yayıb.
Məlumata görə, əməliyyat uğurla keçib və Papa palataya qayıdıb.
Qeyd edək ki, daha əvvəl ona qoyulmuş diaqnoz haqqında danışan XIV Leo heç bir ciddi xəstəliyinin olmadığını bildirib. Onun sözlərinə görə, ağciyərdəki törəmə kiçikdir və erkən mərhələdə aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz