
Amerikalı milyarder İlon Mask çərşənbə axşamı “SpaceX” şirkətinin səhmlərinin qiymətinin ucuzlaşması ilə əlaqədar trilyonçu statusunu növbəti dəfə itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, onun xalis sərvəti təxminən 26,3 milyard dollar azalıb.
Beləliklə, Mask bu statusunu bərpa etdikdən cəmi dörd gün sonra yenidən milyarder statusuna qayıdıb.
Qeyd edək ki, “SpaceX” (“Space Exploration Technologies Corporation”) 2002-ci ildə İlon Musk tərəfindən təsis edilən, raket və kosmik gəmilər istehsal edən Amerika aerokosmik şirkətidir.
Xatırladaq ki, Mask bundan əvvəl “SpaceX”in 2027-ci ildə “Nvidia Vera Rubin NVL72” süni intellekt superkompüterlərini orbitə çıxarmağa başlayacağını açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz