“Sabah” liqa mərhələsində ilk qələbəsini qazandı – Yenilənib


Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək.
Yeniavaz.com
xəbər verir ki, “Sabah” turnirdə ilk ev oyununa çıxacaq.
Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.
Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Start fiti saat 20:45-də səslənəcək.
Matçı avstriyalı hakimlər Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR) idarə edəcəklər.
Komandalar aşağıdakı start heyətlərdə çıxış edəcəklər:
“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 4 Eyden Makkarti, 80 Akim Zedadka, 27 Timoteuş Puxaç, 7 Umarali Raxmonaliyev, 13  İvan Lepiniça, 37 Du Keyros, 11 Kahim Parris, 21 Velko Simiç, 20 Coy Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 33 Junior Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş , 99 Patrik Mbina.
“Slaviya”: 35 Markoviç, 6 N'Qessan, 3 Holeç (k), 4 Zima, 23 Sadilek, 16 Moses, 27 Viçek, 10 Şturm, 25 Xori, 20 Ayaosi, 17 Provod.
Ehtiyat oyunçular: 29 Domkaç, 40 Rezek, 8 Kubiak, 13 Xitil, 14 İsife, 15 Suleyman, 22 Diakite, 30 Novak, 47 Barçot, 53 Kotrba, 60 Potmeşil.
Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.

***

Matç başladı.

*** 

17-cı dəqiqə: “Sabah” qol vurdu, ancaq sayılmadı. Kahim Parris fərqlənsə də, qol ofsayd olduğu üçün qeydə alınmadı.



***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

*** 


49-cu dəqiqə: “Sabah” hesabı açdı. Kahim Parris komandasını irəli çıxardı. 

*** 

88-ci dəqiqə: Coy Lens Mikels komandasının ikinci qolunu vurdu.

*** 


“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı.

DİGƏR XƏBƏRLƏR

Top