
“Sabah” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununda uduzub.
Yeniavaz.com xəbər verir ki, komanda Bakıda Çexiya təmsilçisi “Slaviya” ilə üz-üzə gəlib.
Matçda “Sabah” 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Sabah” U-19 komandası ilk turda “Mançester Yunayted”ə 5:0 hesabı ilə uduzub.
Qolları rəqib komandadan 5-ci dəqiqədə Szivala, 41-ci dəqiqədə Kotrba (pen.), 90+4-cü dəqiqədə Savoviç vurub.
Tətbiqimizi yükləyə bilərsiniz