
“Belarus baş verməməsi üçün müharibəyə hazırlaşır və qonşularına hücum etmək planı yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mən açıq və dürüst şəkildə bildirirəm ki, biz müharibə baş verməməsi üçün müharibəyə hazırlaşırıq. Biz heç kimə hücum etmək niyyətində deyilik. Baxmayaraq ki, qərbli “dostlarımız” Rusiyanın Baltikyanı ölkələrə, ehtimal ki, Polşaya Belarus ərazisindən və Belarusla birlikdə hücum edəcəyini iddia edirlər. Onlar həmçinin iddia edirlər ki, biz guya Kalininqrad istiqamətində Suvalki dəhlizini yarmağı planlaşdırırıq”, - Lukaşenko bildirib.
Belarus lideri bu iddiaları “tam axmaqlıq” adlandırıb.
Qeyd edək ki, Belarus lideri daha əvvəl respublikanın müharibə etmək istəmədiyini və sülhü təmin etmək üçün hər şeyi etmək niyyətində olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz