Ötən ay Ceyhan limanından 1,4 milyon ton xam neft ixrac etmişik

Yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından 1 398 440 ton xam neft ixrac edib. “Yeniavaz.com” SOCAR-a istinadən xəbər verir ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

DİGƏR XƏBƏRLƏR

Top