
Bu ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
Yeniavaz.com xəbər verir ki, kənd təsərrüfatı istehsalının fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.
İstehsal olunan ümumı məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi isə heyvandarlığın payına düşüb. Dövr ərzində heyvandarlıq məhsullarının istehsalında 1,9 faiz, bitkiçilik məhsullarında isə 0,5 faiz artım qeydə alınıb.
Rəsmi göstəricilər kənd təsərrüfatı sahəsində real artım tempinin azaldığını göstərir. Belə ki, yanvar-avqust ayları dövründə kənd təsərrüfatında müşahidə olunan 2,6 faizlik artım sentyabr ayının sonuna 1,1 faizə enib. Bu müddətdə bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında kartof istehsalı 1,1 faiz, tütün 2,1% faiz, bostan məhsulları 3,9 faiz, üzüm 5,2 faiz, tərəvəz 5,2 faiz, yun 3,4%, barama istehsalı isə 16,5 faiz azalıb.
Artım isə meyvə və giləmeyvə (5 faiz), pambıq (4,2 faiz), ət (3 faiz) və yumurta (1,2 faiz) istehsalında qeydə alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz