Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi – Video


Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top