
Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.
Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz