Sahibkar dönər aldığı şirkətdən narazıdır: “Qığırdaq, sümük, tük çıxır” – Video


Sahibkar Yusif Qardaşzadə “Halal Food” MMC-nin istehsal etdiyi dönərdən narazılıq edir.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial mediada məlumat yayıb.
Sahibkar yaydığı videoda bildirib ki, sözügedən MMC-nin hazırladığı dönərdən dəfələrlə qığırdaq çıxıb:
“Halal Food” MMC-nin istehsal etdiyi toyuq dönərində dəfələrlə eybi problem yaşanıb. Bildirəndə yola verirlər, dəymiş zərəri qarşılamaqdan imtina edirlər”.
O, həmçinin müxtəlif vaxtlarda çəkilmiş və toyuq ətinin tərkibində sümük və tükün olmasını əks etdirən fotolar da dərc edib.
“Mən bir sahibkar kimi bu əti müştəriyə verə bilmərəm, əgər siz övladınıza yaxud özünüzə rəva bilirsinizsə, almağa davam edin”, - deyə Y. Qardaşzadə bildirib.
O, rəsmi qaydada AQTA-ya müraciət edəcəyini də vurğulayıb.
Qeyd edək ki, sözügedən iddialarla bağlı “Halal Food” MMC ilə əlaqə saxlamağa çalışsaq da, açıq mənbələrdə hər hansı əlaqə vasitəsi tapmaq mümkün olmadı.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top