
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesidə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


NİİM, həmçinin paytaxt yollarındakı hazırkı vəziyyətlə bağlı da məlumat yayıb.
Həmin məlumata əsasən:
Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz