Kraliça II Yelizavetanın “Bentley”i hərraca çıxarıldı


“Broad Arrow Auctions” hərrac evi 2016-cı ildə Böyük Britaniya Kraliçası II Yelizaveta üçün hazırlanmış “Bentley Mulsanne” avtomobilini satışa çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat hərrac evinin veb saytında öz əksini tapıb.
Satışa çıxarılan avtomobil kraliça üçün istehsal olunmuş iki “Mulsanne” avtomobilindən biridir.
II Yelizaveta bu avtomobildən 2019-cu ilə qədər istifadə edib, bundan sonra ona eyni modeldən daha yeni bir avtomobil verilib və bu avtomobil “Bentley”in Kryudakı qərargahına qaytarılıb.
Şirkət yeni avtomobili öz kolleksiyasında saxlamaq qərarına gəlib. Hərraca çıxarılan avtomobil kraliçanın istifadə etdiyi və şəxsi istifadəyə keçəcək yeganə “Mulsanne EWB” avtomobili olacaq.
Sərnişin salonu iki fərqli rəngdə dəri ilə örtülüb. İnteryerdə əsasən qoz ağacından istifadə olunub. Döşəmə quzu yunundan xalça ilə örtülüb. İnteryerdə həmçinin kral gerbi əks olunub. Lakin avtomobilin kral xidməti başa çatdıqdan sonra bu detallar ləğv edilib.
“Bentley”in istehsalı zamanı Yelizavetanın istəkləri nəzərə alınıb: xüsusən də, onun xahişi ilə “Bentley” interyerə külqabı və pəncərə pərdələri daxil etməyib.
Kraliça həmişə təbəələrinin onu görmək hüququ olduğuna inanıb.

DİGƏR XƏBƏRLƏR

Top