Estoniyada keçmiş kansler prezident oldu


Estoniyanın keçmiş ədliyyə kansleri Yulle Madise and içərək rəsmi olaraq ölkənin yeni prezidenti vəzifəsinin icrasına başlayıb.
Yeniuavaz.com
xəbər verir ki, andiçmə mərasimi ERR milli dövlət teleradiosu tərəfindən canlı yayımlanıb.
Mərasim Riyqikoqunun (Estoniya parlamenti) iclas zalında baş tutub.
Prezident vəzifəsinin icrasına başladıqdan sonra Madise ölkə konstitusiyasına və qanunlarına sadiq qalacağına söz verib.
Qeyd edək ki, sentyabrın 2-də Estoniya Parlamentinin üzvləri növbədənkənar iclasda Madiseni beş illik müddətə ölkənin yeni prezidenti seçiblər.
O, bu vəzifəyə yeganə namizəd olub. Qalib gəlmək üçün Madisenin parlament üzvlərinin ən azı üçdə ikisinin (101 səsdən 68-i) səsinə ehtiyac olub. Nəticədə, parlamentin 71 üzvü onun lehinə səs verib.
Xatırladaq ki. 51 yaşlı Yulle Madise estoniyalı hüquqşünas və siyasətçidir. O, 2015-ci ildən Estoniyanın Ədliyyə Kansleri vəzifəsini tutub və 2021-ci ilin sonlarında ikinci müddətə yenidən seçilib. Onun sələfi prezident Alar Karis 11 oktyabr 2021-ci ildən 11 oktyabr 2026-cı ilə qədər ən yüksək dövlət vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top