Zelenskidən Trampın “yeni prezident” açıqlamasına cavab


Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına verdiyi müsahibədə Donald Trampın Ukrayna prezidentinin dəyişdirilməsinin vacibliyi ilə bağlı sözlərinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, o, yeni dövlət başçısına ehtiyac olub-olmadığına yalnız ukraynalıların özlərinin qərar verməli olduqlarını bildirib.
“Tramp Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu dedi. Ona bütün hörmətimlə demək istəyirəm ki, bu və ya digər liderin seçilməsi xalqımızın işidir”, - deyə Zelenski bildirib.
O həmçinin bildrib ki, Ukraynada prezident seçkilərinə hazırdır, lakin seçkilərə hazırlıq və onların keçirilməsi üçün azı 60 günlük atəşkəs tələb olunur.
Qeyd edək ki, oktyabrın 10-da Tramp brifinqdə Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirib. ABŞ liderinin sözlərinə görə, hazırkı prezident bir çox sövdələşmələr bağlaya bilərdi, ancaq nədənsə o bunu etmir.
Bundan əlavə, Ağ Ev rəhbəri Ukrayna Prezidentinin Vaşinqtonun Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq tələblərinə məhəl qoymamasından və bütün dünya və Amerika fermerləri üçün böyük problem yaratmasından təəssüflənib.

DİGƏR XƏBƏRLƏR

Top