Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiq etdi


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətin rəhbəri Kaya Kallas “X” sosial şəbəkə səhifəsində məlumat verib.
O, yazıb ki, Aİ xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli təxminən 1600 hüquqi və fiziki şəxsin qara siyahıya salınmasını təsdiq ediblər.
Məhdudiyyətlər tam siyahı Avropa İttifaqının “Rəsmi Jurnal”ında dərc edildikdən sonra qüvvəyə minəcək. 
“Reuters” agentliyi mənbələrə istinadla bildirib ki, məhdudiyyətlərə “İsgəndər-M” sistemi üçün 9M723 raketləri də daxil olmaqla ballistik raket istehsal edənlər də daxil ediləcək.
Raket sistemləri üçün xüsusi tekstil, sintetik liflər və karbon lifləri istehsal edən şirkətlərin də sanksiyalar paketinə daxil olması istisna deyil.
Siyahıya həmçinin Rusiyanın 77 siyasətçisi də daxil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top