“Böyük Britaniya Aİ ilə bağlı referendum keçirməyəcək“


Böyük Britaniyanın Baş naziri Endi Börnhem Avropa İttifaqına qayıtmaqla bağlı referendum keçirməyi planlaşdırmadığını, lakin ittifaqla iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Britaniya Parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edərkən bildirib.
“Mən referendum məsələsini yenidən açmaq niyyətində deyiləm. Referendumun nəticələrinə hörmətlə yanaşıram. Lakin Britaniya iqtisadiyyatını inkişaf etdirmək üçün praqmatik yanaşma tətbiq edəcəyəm”, - qeyd edib.
Börnhem həmçinin qeyd edib ki,
2024-cü il ümumi seçkiləri ərəfəsində Leyboristlər Partiyasının verdiyi vədləri pozmaq niyyətində deyil. O, əlavə edib ki, Aİ-nin vahid bazarına və ya gömrük ittifaqına qayıtmaq ehtimalını istisna edir.
Bundan əlavə, baş nazir Aİ ilə təkmilləşdirilmiş ticarət əlaqələrindən imtina etməyin məsuliyyətsiz addım olacağını bildirib.
Qeyd edək ki, “Brexit” referendumu 23 iyun 2016-cı ildə keçirilib. Britaniyalıların 51,9%-i Aİ-dən çıxmağın lehinə, 48,1%-i isə əleyhinə səs verib. Bir neçə illik danışıqlardan sonra Böyük Britaniya 1 fevral 2020-ci il gecəsi blokdan çıxıb. Bütün Avropa normalarının Böyük Britaniyaya tətbiq olunduğu “Brexit”dən sonrakı keçid dövrü 1 yanvar 2021-ci ildə başa çatıb. 2020-ci ilin dekabr ayında tərəflər “Brexit”dən sonrakı razılaşmanı əldə ediblər. Bu razılaşmaya kvota və ya tarif olmadan mal və xidmətlər üçün azad ticarət zonası, eləcə də Britaniya vətəndaşlarının 90 günə qədər Aİ-yə və Aİ-dən vizasız səyahəti daxildir.

DİGƏR XƏBƏRLƏR

Top