
Ukrayna hakimiyyəti bir sıra rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com “RBK-Ukraina” agentliyinə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Andrey Sibiqa bildirib.
Diplomatın sözlərinə görə, məhdudiyyətlər ən azı 10 oliqarxa təsir edəcək.
“Ukrayna artıq belə bir siyahı hazırlayıb”, - deyə o qeyd edib.
Sibiqa əlavə edib ki, Kiyevin rusiyalı milyarderlərə qarşı şəxsi sanksiyalar tətbiq etməsi məsələsi Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə müzakirə olunacaq.
Onun sözlərinə görə, görüş Lüksemburqda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz