Gürcüstanda "Qazprom"la imzalanan anlaşma ətrafında gərginlik davam edir

Tbilisidə hökumət binası qarşısında müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının iştirakı ilə etiraz aksiyası keçirilir. "Yeniavaz.com"un vestikavkaza.ru saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Gürcüstan hökumət orqanlarının "Qazprom"la imzaladığı anlaşmanın şərtlərinin ictimaiyyətə açıqlanmasını tələb edirlər. Xatırladaq ki, Gürcüstan Energetika naziri Kaladze ilə "Qazprom" arasında Minskdə imzalanan anlaşmaya əsasən Ermənistana nəql edilən qaza görə tarif haqqını Rusiya şirkəti əvvəllər olduğu kimi mavi yanacaqla deyil, pulla ödəyəcək. Zərurət əmələ gələcəyi təqdirdə Rusiya Gürcüstana 1 min kubmetri 185 dollara mavi yanacaq satacaq. Amma bu anlaşma Gürcüstanda həyəcanla qarşılanıb. Əksər müxalifət partiyaları və ictimai təşkilatların nümayəndələri "Qazprom"la imzalanan anlaşmadan narazıdırlar və bunun Gürcüstanın təhlükəsizliyinə zərər gətirə biləcəyi qənaətindədirlər. Ona görə də aksiya iştirakçıları növbəti dəfə Tbilisidə imzalanan anlaşmanın şərtlərinin açıqlanmasını tələb edirlər

DİGƏR XƏBƏRLƏR

Top