Məşhur şirkət nizamnamə kapitalını azaldır


“Mars Overseas Baku Ltd” MMC (VÖEN – 9900006521) nizamnamə kapitalının azaldılması ilə bağlı elan yayıb.
Yeniavaz.com
xəbər verir ki, şirkətin hazırkı nizamnamə kapitalı 116 milyon 140 min 766 manatdır.
Elanda qeyd olunur ki, şirkətin kreditorları bir ay müddətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Cənub hissəsində yerləşən ünvana müraciət edə bilərlər.
Qeyd edək ki, 1998-ci ildə dövlət qeydiyyatına alınan “Mars Overseas Baku” “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan şirkətlərdən biridir. Şirkətin məhsul portfelinə “Pepsi”, “7UP”, “Mirinda”, “Mountain Dew” və “Lay’s” kimi beynəlxalq brendlərlə yanaşı, “Jalə”, “Natura”, “Mia” və “I’M Tea” markaları da daxildir.
Müəssisənin Qəbələ, Lənkəran və Qubada istehsal obyektləri fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Ramiz Qəhrəman Sadaylıdır.
Xatırladaq ki, daha əvvəl “Novara Capital” MMC fəaliyyətinə xitam verərək “Mars Overseas Baku Ltd” MMC-yə qoşulub.
Onu da bildirək ki, elanda nizamnamə kapitalının nə qədər azaldığı barədə məlumat verilməyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top