
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə seçkilərin keçirilməsi üçün irəli sürdüyü 60 günlük müvəqqəti atəşkəs təklifini rəsmi olaraq rədd edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
Zelenskinin “ABC News” telekanalına verdiyi müsahibəsinə cavab olaraq, Peskov Rusiyanın müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh istədiyini vurğulayıb.
Qeyd edək ki, Zelenskinin 60 günlük atəşkəs şərti ABŞ Prezidenti Donald Trampın Ukraynada daxili siyasi islahatların aparılması və seçkilərin keçirilməsi ilə bağlı təzyiqlərinə cavab olaraq irəli sürülüb. Ukrayna lideri müharibə və raket zərbələri altında demokratik seçki keçirməyin hüquqi baxımdan qeyri-mümkün olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz