İran səfiri Ermənistan müxalifəti ilə TRIPP layihəsini müzakirə edib


“İran səfiri ilə Ermənistan və Tehran arasında əməkdaşlığın intensivləşdirilməsini müzakirə etdik və səfir İran üçün Ermənistanın güclü bir ölkə olmasının nə qədər vacib olduğunu vurğuladı”.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə oktyabrın 12-də parlamentdə jurnalistlərlə söhbətində müxalifətdə olan “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan bildirib.
TRIPP layihəsi ilə bağlı məsələlərin də müzakirə olunub-olunmadığı soruşulduqda, o, “Bəli, amma bunu ictimaiyyətə açıqlaya bilmərəm” cavabını verib.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bu gün Ermənistan parlamentində siyasi partiyaların fraksiyaları ilə görüşlər keçirir.

DİGƏR XƏBƏRLƏR

Top