
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi Natiq Hüseyn Əlisoy oğlu olub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi Natiq Əlisoydan əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alacaq.
Satın alınacaq 74 ədəd mənzil üçün Agentlik Natiq Əlisoya 3 milyon 428 min 932 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründyü kimi, bir ədəd mənzilin orta satış qiyməti 46 min 337 manat təşkil edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz