Rusiya NATO-nun hərbi-dəniz təlimlərini nəzarət altında saxlayır

Rusiya müdafiə nazirliyi Qara dənizdə keçirilən NATO hərbi-dəniz təlimləriniin gedişini izləyir və ona nəzarət edir. "Yeniavaz.com"un RİA Novisti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu tabeliyində olanlarla keçirdiyi selektor müşavirədə deyib: "Siz bilirsiniz ki, Qara dənizdə keçirilən təlimlərdə hərbi gəmilər qrupu iştirak edir. Baş qərargahın qərarı ilə Cənub hərbi dairəsi komandanlığı tərəfindən NATO hərbi-dəniz təlimləri ciddi şəkildə izlənilir Hazırda oradakı NATO hərbi-dəniz təlimlərini nəzarət altında saxlayırıq. Ümid edirəm ki, təlimlər təhlükəsiz şəkildə başa çatacaq və bizə qarşı təxribata əl atılmayacaq. Ancaq bütün hallarda biz belə təxribatlara cavab verməyə hazırıq".

DİGƏR XƏBƏRLƏR

Top