Abe Putinlə sülh müqaviləsini şəxsən özü imzalamaq istəyir

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bildirib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə S. Abe parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında deputatların suallarını cavablandırarkən deyib. O bildirib: “Mən estafet çubuğunu başqasına ötürmək niyyətində deyiləm. Prezident Putinlə sülh müqaviləsini şəxsən özüm imzalamaq istərdim”. S. Abe qeyd edib ki, iki ölkə arasında 70 ildən artıqdır sülh müqaviləsinin imzalanmaması qeyri-normaldır. Xatırladaq ki, Moskva və Tokio ötən əsrin ortalarından II Dünya müharibəsinin yekunları üzrə sülh müqaviləsinin hazırlanması məsələsi üzrə fasilələrlə məsləhətləşmələr aparır. Bunun qarşısında duran əsas maneə Kurilin cənub hissəsinin kimə məxsus olması problemidir. İturup, Kunaşir, Şikotan və bəzi kiçik kimsəsiz adalar müharibənin yekunu üzrə SSRRİ-nin tərkibinə daxil olsa da, Tokio onların mənsubiyyətini mübahisə predmetinə çevirib.

DİGƏR XƏBƏRLƏR

Top