
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricdən 1 140 ton təzə armud idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan məhsulların ümumi dəyəri 1 milyon 257,4 min dollar olub.
İdxal edilən təzə armudun 1 kiloqramının orta gömrük dəyəri 1 dollar 10 sent (1 manat 88 qəpik) təşkil edib.
Qeyd edək ki, təzə armud Azərbaycana bu ölkələrdən gətirilib:
Belçika – 870,55 ton (1 kiloqramının orta gömrük dəyəri 1 manat 87 qəpik);
Niderland – 180,77 ton (1 manat 88 qəpik);
Cənubi Afrika Respublikası – 80 ton (1 manat 87 qəpik);
Çili – 5,14 ton (1 manat 87 qəpik);
Türkiyə – 3,93 ton (1 manat 87 qəpik).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz