Qazaxda Gürcüstan vətəndaşı olan TIR sürücüsü avtomobilində ölü tapıldı


Qazaxda yük avtomobilində kişi meyiti aşkarlanıb.
Yeniavaz.com 
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.
Gürcüstan vətəndaşı, 73 yaşlı L.Lanxavanın meyiti idarə etdiyi TIR tipli yük avtomobilində tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top