Ukrayna Donbasa hücum etdiyini rəsmi şəkildə təsdiq edib

Ukrayna müdafiə nazirinin müavini İqor Pavlovski Donbasda hücum əməliyyatı keçirdiklərini söyləyib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, İqor Pavlovski addım-addım işğal olunan əraziləri azad etməyə başladıqlarını qeyd edib: "Bu gün bizim qəhrəmanlar bütün imkanlardan istifadə edərək addım-addım irəliləyirlər".

Bununla belə Pavlovski Donbasdakı vəziyyətin normallaşdırılması ilə bağlı yerli vaxtla saat 16-da Minskdə Kontakt qrupu tərəfindən keçiriləcək görüşdə tərəflərin ortaq məxrəcə gələ biləcəklərinə ümid etdiyini bildirib. Xatırladaq ki, dünən BMT TŞ-nin Donbasdakı vəziyyətlə bağlı keçirilən növbədənkənar toplantısında adı çəkilən beynəlxalq təşkilat döyüşlərin dərhal dayandırılmasını tərəflərdən tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top