Türkiyədə avtobusla yük maşını toqquşub – 11 nəfər ölüb, 26 nəfər yaralanıb


Türkiyənin qərbində, Manisa əyalətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Akhisar şəhəri yaxınlığında, Gebze-Orhangazi-İzmir avtomobil yolunda baş verib.
İlkin məlumatlara əsasən, Bursadan İzmirə hərəkət edən “My World Tour” şirkətinə məxsus sərnişin avtobusu taxta daşıyan yük maşını ilə toqquşub.
Güclü zərbə nəticəsində avtobus aşıb və yoldan çıxıb. Yük maşını da idarəetmədən çıxaraq yoldan kənara düşüb.

DİGƏR XƏBƏRLƏR

Top