Ayaz Vəfalı vəfat edib


“Ədəbiyyat qəzeti”nin sabiq baş redaktoru, şair, tərcüməçi Ayaz Vəfalı vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Ədəbiyyat qəzeti”nin sosial şəbəkə hesabında aylaşılıb.
Qeyd edək ki, Ayaz Rza oğlu Cəfərov 1937-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Əməkdar incəsənət xadimi olub. 
O, müxtəlif illərdə işıq üzü görən “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin “Leyli və Məcnun”, Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun “Kor qadın” poemalarını, rus yazıçısı A. Çakovskinin “Qələbə”siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü-ağlın gözü” kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə edib.

DİGƏR XƏBƏRLƏR

Top