"Tramp Avropa üçün təhlükədir"

Avropa Birliyi (AB) Donald Trampın simasında özü üçün böyük təhlükə görür. "Yeniavaz.com"un obozrevatel.com-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının prezidenti Donald Tusk AB üzvlərinə yazdığı məktubunda qeyd edib. O ABŞ-ın yeni prezidentinin Avropa üçün Çin, Rusiya, həmçinin radikal islam və terrorizm qədər təhlükə olduğunu yazıb: "ABŞ-ın yeni administrasiyasının təşviş doğuran açıqlamaları bizə qeyri-müəyyən gələcək vəd edir. Vaşinqtonda baş verən dəyişiklik Avropa Birliyini müərəkkəb vəziyyətdə qoyub. Trampın yeni komandası ABŞ-ın 70 illik xarici siyasətini şübhə altına alıb".

DİGƏR XƏBƏRLƏR

Top