Quruda və dənizdə yaşayan rekordçuların çəkisi açıqlanıb


Quruda yaşayan ən ağır heyvan Afrika savanna filidir.
Yeniavaz.com
“Fact Animal” və “World Atlas” nəşrlərinə istinadən xəbər verir ki, bu heyvanın maksimum çəkisi təxminən 10 400 kiloqramdır. Asiya fili və Afrika meşə fili isə hər biri 4 000 kiloqramlıq göstərici ilə siyahıda növbəti yerləri tutur.
Dünyanın quruda yaşayan ən ağır heyvanlarının siyahısı belədir:
Afrika savanna fili – 10 400 kq
Asiya fili – 4 000 kq
Afrika meşə fili – 4 000 kq
Begemot – 3 600 kq
Ağ kərgədan – 2 400 kq
Hindistan kərgədanı – 2 300 kq
Qara kərgədan – 1 300 kq
Rotşild zürafəsi – 1 300 kq
Yava kərgədanı – 1 200 kq
Bizon – 900 kq
Siyahıda kərgədanların üstünlük təşkil etməsi diqqət çəkir. Dörd müxtəlif kərgədan növü ilk 10-luğa daxil olub. Bizon isə 900 kiloqramlıq maksimum çəki göstəricisi ilə siyahını tamamlayır.
Quruda yaşayan heyvanlar bədənlərinin bütün ağırlığını ayaqları üzərində daşımalı olduqları üçün onların ölçülərinin artması hərəkət və dayanıqlılıq baxımından müəyyən fiziki məhdudiyyətlər yaradır.
Dəniz heyvanlarının çəkisi quru heyvanları ilə müqayisədə daha böyük rəqəmlərlə ölçülür. Siyahının birinci pilləsində maksimum çəkisi təxminən 190 ton olan mavi balina dayanır. Bu göstərici onu dünyanın ən ağır heyvanı kimi tanıdır.
Ən ağır dəniz heyvanlarının siyahısı isə belədir:
Mavi balina – 190 000 kq
Şimali Sakit okean balinası – 120 000 kq
Fin balinası – 120 000 kq
Qrenlandiya balinası – 120 000 kq
Cənub sağ balinası – 110 000 kq
Şimali Atlantik balinası – 110 000 kq
Kaşalot – 57 000 kq
Qozbel balina – 48 000 kq
Seyval – 45 000 kq
Boz balina – 45 000 kq
Məlumatlara əsasən, Şimali Sakit okean balinası, fin balinası və Qrenlandiya balinasının hər birinin maksimum çəkisi təxminən 120 tona çatır. Kaşalot 57 tonluq göstərici ilə yeddinci, qozbel balina isə 48 tonla səkkizinci yerdədir.

Balinalar niyə quruda yaşayan heyvanlardan daha ağırdır?
Balinaların nəhəng ölçülərə çatmasının əsas səbəblərindən biri suyun qaldırıcı qüvvəsidir. Su heyvanın bədən ağırlığının əhəmiyyətli hissəsini dəstəkləyir və bu, quruda hərəkət edən iri məməlilərlə müqayisədə daha böyük bədən ölçülərinə imkan yaradır.
Bundan başqa, böyük bədən su mühitində istiliyin qorunmasına kömək edir. Bununla belə, nəhəng bədəni yaşatmaq üçün böyük miqdarda enerji tələb olunur. Stenford Universitetinin araşdırmaları da su məməlilərinin ölçülərinin artmasına enerji tələbatının məhdudiyyət qoyduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top