
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, ölənlər arasında dörd Səudiyyə Ərəbistanı, iki Banqladeş vətəndaşı, həmçinin ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları var.
Məlumata əsasən, yaralılar bir neçə xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hücum nəticəsində hava limanına və ətraf infrastruktura maddi ziyan dəyib. Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi hazırda dəymiş ziyanın miqyasının qiymətləndirildiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz