Putin razılaşma istəyir, amma Zelenski razılaşmadan imtina edir – Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin başa çatdırılması üçün razılaşma əldə etmək istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlarda razılığa gəlmək istəməməkdə günahlandırıb.
Tramp jurnalistlərə açıqlamasında Putinin münaqişənin həlli ilə bağlı razılaşma əldə etməyə hazır olduğunu düşündüyünü deyib.
“Prezident Putin həqiqətən də razılaşma istəyir”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Ukraynadakı müharibə daha əvvəl başa çata bilərdi. O, Zelenskinin daha əlverişli şərtlərlə razılaşma əldə etmək imkanını əldən verdiyini iddia edib.
“Əgər o, bu razılaşmanı iki il əvvəl bağlasaydı, daha yaxşı vəziyyətdə olardı”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti Rusiya ilə Ukrayna arasında müharibənin ümumiyyətlə başlamamalı olduğunu da vurğulayıb. O, münaqişənin özünün prezidentliyi dövründə baş verməyəcəyini düşündüyünü bir daha ifadə edib.
Putinlə bağlı sualları cavablandıran Tramp Rusiyanın dünya bazarına böyük həcmdə neft çıxarmasına da toxunub. Onun sözlərinə görə, Rusiya neftinin aşağı qiymətlərlə bazara çıxarılması qlobal enerji təklifinə təsir göstərir.

DİGƏR XƏBƏRLƏR

Top