
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində baş verən atışma nəticəsində 9 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında iki uşaq və hamilə qadın da var.
“Hadisə oktyabrın 9-da, cümə günü axşam saatlarında Perri küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.
Polis atışma barədə yerli vaxtla saat 17:00 radələrində məlumat alıb. Hadisə şahidləri silahlı şəxsin əvvəlcə küçədə atəş açdığını, daha sonra isə binaya daxil olduğunu bildiriblər.
Hadisə yerinə gələn polis əməkdaşları binanın qarşısındakı ərazidə iki qadının meyitini aşkar ediblər. Digər qurbanların meyitləri isə binanın daxilində tapılıb”, - telekanalın məlumatında deyilir.
Qeyd olunub ki, polis əməkdaşları ilə silahlı şəxs arasında atışma olub və daha sonra bir neçə nəfərin, o cümlədən şübhəlinin özünün meyiti aşkar edilib.
İlkin məlumata görə, şübhəli şəxs intihar edib.
Həlak olanların şəxsiyyəti və cinayətin motivi hələlik müəyyən edilməyib. Polis kütləvi qətlin başvermə şəraiti ilə bağlı araşdırmanı davam etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz