
10 oktyabr səhəri Rusiya qoşunlarının Ukraynanın Zaporojye şəhərinə hücumu nəticəsində üçü uşaq olmaqla on iki nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bunu Zaporojye Regional Müdafiə Şurasının həmsədri İvan Fedorov öz sosial media hesabında yazıb.
O bildirib ki, üçü uşaq da daxil olmaqla daha 16 nəfər yaralanıb:
“Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağırdır. Xilasetmə əməliyyatları davam edir”.
Ukrayna Milli Polisinin məlumatına görə, Rusiya hərbçiləri şəhərə beş idarəolunan aviabomba atıb. Onlardan ikisi çoxmərtəbəli binalara dəyib.
Qeyd olunub ki, 14 nəfərin taleyi hələ də məlum deyil.
11 oktyabr şəhərdə matəm günü elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz