
Rusiya Prezidenti Vladimir Putin mümkün münaqişə nizamlanması ilə bağlı İranın mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bBu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, İran Prezidenti Məsud Pezeşkianın razılığı ilə həyata keçirilib.
Kremlin nümayəndəsinin sözlərinə görə, Putin və Pezeşkian Türkmənistanda keçirilən sammit çərçivəsində iki dəfə görüşüblər. Görüşlərdən birində Rusiya Prezidenti iranlı həmkarına Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.
“Daha sonra İran Prezidentinin razılığı ilə Putin münaqişənin mümkün həlli ilə bağlı İran tərəfinin baxışını Trampla bölüşüb”, – deyə Peskov jurnalistlərə bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz