Türkiyədə siqareti ancaq şəxsiyyət vəsiqəsi ilə almaq mümkün olacaq


Siqaret satışı zamanı Türkiyə vətəndaşlarından şəxsiyyət i təsdiq edən vəsiqə tələb olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT-nin efirində danışan Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.
Nazirin sözlərinə görə, bununla bağlı qanun layihəsi bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək.
Memişoğlu tütün və tütün məmulatlarına qarşı mübarizədə qətiyyətli olduqlarını vurğulayıb. O bildirib ki, siqaret satışında şəxsiyyət vəsiqəsinin təqdim edilməsi məcburi olacaq və bu sahədə nəzarət tədbirləri gücləndiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top