
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, regionun hər hansı bir hissəsi sabitliyi pozan addımlara və iqtisadi təzyiqlərə məruz qaldığı müddətdə Yaxın Şərqdə real təhlükəsizliyə və sabitliyə nail olmaq mümkün deyil.
Yeniavaz.com xəbər verir ki, Pezeşkian cümə günü gecə saatlarında dərc etdiyi müraciətində regional diplomatiyanın yalnız görüşlərlə məhdudlaşmamalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, diplomatiya böhranların həlli, dialoqun qorunması, gərginliyin artmasının qarşısının alınması və region ölkələri arasında praktiki əməkdaşlığın inkişafı üçün real vasitəyə çevrilməlidir.
İran Prezidenti qeyd edib ki, davamlı təhlükəsizlik və sabitliyin təmin olunması üçün diplomatik təmaslarla yanaşı, gərginliyin azaldılmasına və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş konkret addımlar da atılmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz