
ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında münaqişəni 10 il ərzində həll etməyə çalışsa da, buna nail ola bilməyib.
Yeniavaz.com xəbər verir ki, Trampın sözlərinə görə, o, iki ölkə arasında cəmi iki gün ərzində razılaşma əldə etməyə müvəffəq olub.
“Ermənistan və Azərbaycan — 32 il... Putin buna inanmırdı. O deyirdi: “Mən 10 il bu müharibəni həll etməyə çalışdım, amma bacarmadım”. Mən isə bunu iki günə etdim”, – deyə Tramp bildirib.
ABŞ lideri Nil çayının su ehtiyatları ilə bağlı yaranmış mübahisəni, eləcə də İsrail ilə HƏMAS hərəkatı arasındakı vəziyyəti də xatırladıb. O, çıxışı zamanı həllində öz rolunun olduğunu iddia etdiyi münaqişələri sadalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz